Elhad Nəziri: Oynasam, 3 qat gücümü meydanda qoyacam
11.04.2013 - 14:18
Azərbaycan millisinin futbolçusu Elhad Nəziri Rumıniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, yaşını və soyadını dəyişməklə özünü xarici klubların maraq dairəsinə salan və “Petrolul”a keçən müdafiəçi haqqında yazılanlara münasibət bildirib.
Nəziri “lipa” olduğunu təkzib etməklə, özünü təmizə çıxarmağa çalışıb. Rumıniyalı həmkarlarımızın onun “facebook”dakı profilində təvəllüdünün 1990-cı il kimi göstərilməsi sualına da öz üslubunda cavab verib.
Bununla, Elhad “lipa”ya çevrildikdən sonra olduğu kimi, özünü 1992-ci il təvəllüdlü elan edib: “Mənim “facebook”da cəmi 1 səhifəm var. Başqalarını isə mənim adımla açıblar. İnternetdə başqasının adına nə isə açmaq çox asandır”.
Azərbaycan Premyer Liqasında heç vaxt oynamamış, “Petrolul”da günü ehtiyat oyunçular skamyasında keçən Elhad nə vaxtsa komandada debüt edəcəyinə ümidini hələ də itirməyib: “Ümid edirəm ki, debüt şansım olacaq. Bir şeyi deyə bilərəm ki, belə imkanım olanda 2, hətta 3 qat gücümü meydanda qoyacam. Hələ 21 yaşım var və məni futbolda yaxşı karyeramın olmasından başqa heç nə maraqlandırmır. Göstərəcəyəm ki, buna layiqəm”.
Qeyd edək ki, AFFA-nın rəsmi saytı da Elhadın Əhmədov soyadını daşıdığı vaxt onu 1990-cı il təvəllüdlü kimi göstərib.

0
0