Nikolas Kanales: Yatağımda 2 xanımın olmasını istərdim...
11.04.2013 - 14:23
Topaz Premyer Liqasının bombardiri Nikolas Kanales Azərbaycanda çıxış etdiyi 9 aylıq müddətdə yeni vərdişlərə yiyələnib. Apasport.az saytının məlumatına görə, “Neftçi” klubunun çilili futbolçusu ölkəmizdə sevilən içkilərdən olan çayın pərəstişkarına çevrilib.
Hərçənd, hücumçu Cənubi Amerikada yaşadığı vaxtlar fərqli düşünürmüş. Bunu Kanalesin özü açıqlayıb: “Düşünürdüm ki, yaşıl çay heç vaxt boğazımdan keçməz. Lakin indi onu sevirəm”.
Kanalesin ən maraqlı fikirləri isə onun ailəsinə olan sevgisi ilə bağlıdır. Hücumçu bildirib ki, onun xəyallarında yalnız ailə üzvlərinə - həyat yoldaşı və qızına yer var: “Xəyalımda yatağımda 2 xanımın olmasını istərdim: Biri mənə sevgilim, o birisi isə atam desin”.
Qeyd edək ki, Kanales Premyer Liqanın 25 turunda 21 qol vurub.

0
0