Azərbaycan yığmasının baş məşqçisi: Messi komandaya xarakter bəxş edir
11.04.2013 - 16:31
19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Patrsiya Qonzales İspaniya klublarının Çempionlar Liqasının 1/4 final oyunlarına biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, xanım mütəxəssis “Real”ın ardınca “Barselona”nın da yarımfinala çıxmasını sevinclə qarşılayıb.
İspaniyalı çalışdırıcı Kataloniya təmsilçisinin Fransanın PSJ klubu ilə cavab oyununda uğur qazanmasını argentinalı Lionel Messinin adı ilə bağlayıb. Qonzalesin fikrincə, səfərdəki 2:2 hesablı heç-heçədən sonra öz meydanında 0:1 hesabı ilə geridə olan İspaniya təmsilçisini məhz cənubi amerikalı xilas edib: “PSJ də böyük komandadır. Lakin “Barselona” 62-ci dəqiqədə hesab 0:1 olarkən Messini “döyüşə” atdı. Lionel meydanda yalnız oynamaqla kifayətlənmir. O, həm də komandaya xarakter bəxş edir. Bu isə onun komanda yoldaşları üçün çox vacibdir. “Barselona” məhz onun meydana daxil olmasından sonra ciddi şəkildə oyununda dönüş yaratdı”.

0
0