“Araz” gürcülərdən revanşı darmadağınla aldı
11.04.2013 - 16:53
“Araz” gürcülərdən revanşı darmadağınla aldı
Bu gün “ABU-Arena”da futzal üzrə Azərbaycan və Gürcüstan çempionları arasında revanş matçı baş tutub. Apasport.az saytının məlumatına görə, “Araz” “İberiya Star”la qarşılaşıb.

Görüş Naxçıvan təmsilçisinin rəqibi üzərində 5:2 hesablı qələbəsi ilə başa çatıb. “Araz”dan qolların 2-ni Rəcəb Fərəczadə, İlkin Hacıyev, Rizvan Fərzəliyev və Buranello Laersio Covanni vurub. Xatırladaq ki, sonuncu futzalçı millimizin və “Araz”ın italyan mənşəli braziliyalı qapıçısıdır.

Qeyd edək ki, bu komandalar arasında dünən keçirilən ilk yoxlama oyununda gürcülər qalib gəlmişdi – 3:1. “Araz”dan yeganə qolu Vitali Borisov vurmuşdu.