Daha üç atletimiz qüvvəsini sınadı
11.04.2013 - 20:01
Özbəkistanın paytaxtı Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında dünya birinciliyi davam edir. Bu gün daha üç idmançımız mübarizəyə qoşulub - Kseniya Vişnitskaya Sona Məmmədova və Günel Əlizadə.
Vişnitskaya 58 kq çəki dərəcəsinin “A” qrupundan körpücük üzərində gücünü sınayıb. Birdən qaldırma hərəkətində 70 kq çəkini yalnız ikinci cəhddə ram edən idmançımız, üçüncü yanaşmada 73 kq-a güc gələ bilməyib və bu hərəkətdə 18-ci yeri tutub.
Kseniyanın təkanla qaldırma hərəkətinə uğurla başlayıb. O, 85 kq-ı qaldırandan sonra 90 kq-a gəlib. Ancaq bu cəhdi müsbət sonlanmayıb. İdmançımız üçüncü yanaşmadan imtina edib. O, təkanla qaldırmada da 18-ci pillədə qərarlaşıb.
Toplamda 155 kq (70 kq + 85 kq) nəticə göstərən Vişnitskaya, ümumi sıralamada da 18-ci yeri tutub.
Birdən qaldırma hərəkətində Məmmədova və Əlizadə yanaşmalarını uğurla yerinə yetiriblər. Maraqlıdır ki, hər iki idmançımız üç yanaşmasını da uğurla yerinə yetirib və eyni çəkiləri qaldırıblar. Sona və Günelin ikisi də 52, 55 və 58 kq-lıq ştanqları ram edə biliblər. Çəkisi bir qədər yüngül olan Məmmədova bu hərəkətdə 13-cü, Əlizadə isə 14-cü olub.
Təkanla qaldırma hərəkətində vəziyyət bir qədər dəyişib. Sona Məmmədova 60 və 63 kq-ı qaldırsa da, 66 kq-da yanaşması uğursuz olub. Əlizadə Günel isə 65 və 70 kq-a ram etdikdən sonra, 73 kq-da büdrəyib. Nəticədə bu hərəkətdə Günel 13-cü, Sona 14-cü olub.
Toplamda 128 kq-la (58 kq + 70 kq) Əlizadə 13-cü, 121 kq-la (58 kq + 63 kq) Məmmədova 14-cü yeri tutublar.
İdmançılarımızın yekun sıralamadakı yeri “A” qrupundakı yarışlar bitdikdən sonra məlum olacaq.

0
0