Lionel Messidən şad xəbər
11.04.2013 - 20:24
“Barselona”nın hücumçusu Lionel Messi bu gün Kataloniya klinikalarının birində tibbi müayinədən keçib. Apasport.az saytının məlumatına görə, müayinənin nəticəsi Argentina milli komandasının üzvü üçün müsbət olub.
Belə ki, onun zədəsi yenidən aşkar edilməyib. Messinin Çempionlar Liqasının ilk yarımfinal matçına qədər hazır olması gözlənilir. Lionelin yaxın günlərdə meydan çıxması isə ehtimal edilmir. Çünki o, zədəsini tamamilə bərpa etdikdən sonra komandasının heyətində iştirak edəcək.
Qeyd edək ki, Messi Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ (2:2) ilə ilk görüşündə zədələnmişdi. Paris klubu ilə keçirilən cavab matçında isə Lionel zədəsi tam sağalmadan ikinci hissədə meydana çıxmışdı.

0
0