Premyer Liqada ilk dəfə yeni texnologiya tətbiq ediləcək
11.04.2013 - 20:53
Premyer Liqada ilk dəfə yeni texnologiya tətbiq ediləcək
Növbəti mövsümdən etibarən İngiltərə Premyer Liqası yeni qol xətti texnologiya sistemindən istifadə edəcək. Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin futbol nümayəndələri “Hawk-Eye” (şahin gözü) texnologiyasının tətbiqinə səs veriblər.

Bu sistem növbəti mövsümdə “Uembli”də daxil olmaqla Premyer Liqa klublarının 20 stadionuna yerləşdiriləcək. Həmçinin “Hawk-Eye” (şahin gözü) ilk dəfə İngiltərə çempionatında istifadə ediləcək.

Qeyd edək ki, FİFA bu il Braziliyada təşkil ediləcək Konfederasiya kubokunda “Goal Control”dan istifadə ediləcəyini açıqlamışdı.