“Bavariya” danışıqlara başlamaqda tələsmək istəmir
11.04.2013 - 21:20
“Bavariya” danışıqlara başlamaqda tələsmək istəmir
“Bavariya” müqavilə müddəti 2015-ci ilin sonlarında başa çatacaq olan 2 futbolçusu - müdafiəçi David Alaba və yarımmüdafiəçi Toni Kroosla yeni müqavilə haqqında təklifi mövsümünün sonunda verəcək. Apasport.az saytının məlumatına görə, bu haqda Münhen klubunun idman direktoru Mattias Zammer xəbər verib.

Almaniya milli komandasının sabiq futbolçusu bunu tələsmək istəmədikləri üçün bələ edəcəklərini bildirib: “2015-ci ilə qədər çox vaxt qalmadı və biz son anda hər şeyi həll etmək istəmirik. Nə vaxt əmin olacağıq ki, o oyunçu bizə lazımlıdır, biz də həmin futbolçuya təklif göndərəcəyik. Həmişə qabaqcadan danışıqlara başlayırıq. Mövsüm başa çatdıqdan sonra biz, Kroos və Alaba ilə danışıqlar edəcəyik”.