Qurban Berdıyev futbolçularına təşəkkür etdi
11.04.2013 - 22:44
“Təəssüf ki, ilk hissədə bizə məxsus olmayan kobud səhvlər etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rubin”in baş məşqçisi Qurban Berdıyev deyib.
Təcrübəli çalışdırıcı Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyun gündə “Çelsi”ni (3:2) məğlub edib, turnirlə vidalaşdığı üçün məyus olduğunu bildirib: “Hesabı bərabərləşdirmək üçün bütün səylərimizi maksimum ortaya qoymaq lazım oldu. İkinci yarıda fədakarlıq etdikləri üçün mən oyunçularıma təşəkkür edirəm. Bu görüşdə müsbət nəticəyə nail olmağı bacardıq. Sözsüz ki, “Çelsi” üzərində qazanılan qələbə bizim üçün tarixdir. Amma təəssüf ki, biz yarımfinala keçə bilmədik. Təbi ki, bu da bizi məyus edir”.

0
0