“Qəbələ” “Bakı” ilə oyuna hazırlaşır - FOTOSESSİYA
12.04.2013 - 00:20
“Qəbələ” “Bakı” ilə oyuna hazırlaşır - FOTOSESSİYA
Aprelin 13-də Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, zədəli olan Vurğun Hüseynov hazırlıq prosesində iştirak etməyib.

Zədələri sağalmaqda olan Ceyhun Sultanov və Amit Quluzadə komandadan ayrı çalışıb. Komanda məşq boyunca müxtəlif toplu çalışmalar yerinə yetirib. Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub.