Ruslan Abışov Rusiya Premyer Liqasında debüt etdi - YENİLƏNİB
19.04.2013 - 18:52
Ruslan Abışov Rusiya Premyer Liqasında debüt etdi - YENİLƏNİB
Azərbaycan millisinin futbolçusu Ruslan Abışov bu gün Rusiya Premyer Liqasında debüt edib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi şərəfini qoruduğu Rusiyanın “Rubin” klubunun əsas komandasında ilk matçına çıxıb.

Bu, “Amkar”la səfər oyununda baş verib. O, XXV turun matçına start heyətində çıxan Ruslan 90 dəqqiə əvəzlənmədən meydanda olub. Baş məşqçi Kurban Berdıyev həmyerlimizə müdafiənin sol cinahında yer verib.

Permdəki görüşdə komandalar hərəyə 1 qol vuraraq 1 xal qazanıb. Salomon Rondonun qolu ilə “Rubin” ilk hissənin ortalarında hesabı açsa da, meydan sahibləri matçın sonunda bərabərlik qolunu vurub.

Qeyd edək ki, Abışov əvəzedici komandaların çempionatında 2 oyun keçirib.