“Trabzonspor” səfərdə tək qola sevindi
22.04.2013 - 23:00
“Trabzonspor” səfərdə tək qola sevindi
Türkiyə Superliqasında XXX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə “Əskişəhərspor” doğma publika önündə “Trabzonspor”la üz-üzə gəlib.

Görüşdə azarkeşlər bir qola şahidlik ediblər. Qarşılaşmanın 5-ci dəqiqəsində meydan sahiblərini cəzalandıran Qara dəniz təmsilçisi turu 3 xalla başa vurub.

Qeyd edək ki, 30 oyundan sonra hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 62 xalla “Qalatasaray” başçılıq edir. “Cim-Bom”dan 7 xal az olan “Fənərbaxça” isə 2-ci pillədə qərarlaşır.


Türkiyə Superliqası
XXX tur
19 aprel
“Qalatasaray” – “Elazığspor” - 3:1
Burak, 2, Droqba, 20; 26 – Gürler, 22

20 aprel
“Orduspor” – “Kasımpaşa” - 0:2
Uçe, 10, 42

“Akhisar BB” – “Beşiktaş” - 4:1
Gekas, 2; 28, Demirok, 74, Aladaq, 81 – Pektemek, 27,

“Karabükspor” – “Mersin İdmanyurdu” - 1:0
LuaLua, 74

21 aprel
“İstanbul BB” – “Qaziantepspor” – 1:3
Holmen, 70 - Kouemaha, 45, Şernas, 49, Traore, 83

“Kayserispor” – “Sivasspor” – 1:1
Muçe, 35 - Nas, 61

“Antalyaspor” – “Bursaspor” – 0:1
Batalya, 73

“Gənclərbirliyi” – “Fənərbaxça” – 2:0
Dəmir, 5, Fleminks, 41

22 aprel
“Əskişəhərspor” – “Trabzonspor” – 0:1
Adrian, 5