Autsayderlərin duelindən meydan sahibləri qalib ayrıldı
23.04.2013 - 02:05
Autsayderlərin duelindən meydan sahibləri qalib ayrıldı
İspaniya La Liqasında XXXIII turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç gündə autsayderlər üz-üzə gəlib.

Beləki, “Selta” doğma divarlar arasında “Saraqosa”nı sınağa çəkib. Turnir cədvəlinin son pilləsində qərarlaşan meydan sahibləri görüşdə çətin qələbə qazanıb.

Beləliklə, “Selta” xalını 27-yə çatdıraraq, eyni xala malik olan “Saraqosa” ilə yerlərini dəyişib.


İspaniya La Liqası
XXXII tur
19 aprel
“Malyorka” – “Rayo Valyekano” - 1:1
Alfaro, 12 – Piti, 7

20 aprel
“Qranada” – “Valyadolid” – 1:1
Arabi, 73 - Ebert, 58

“Real” – “Betis” – 3:1
Özil, 45; 90, Benzema, 57 - Molina, 73-pen

“Barselona” – “Levante” – 1:0
Fabreqas, 84

“Valensiya” – “Malaqa” – 5:1
Parexo, 25, Soldado, 28; 30-pen, Kanales, 31, Baneqa, 56 - Baptista, 45

21 aprel
“Hetafe” – “Espanyol” – 0:2
Verdu, 37, Stuani, 73

“Deportivo” – “Atletik” – 1:1
Qama, 37 – Llorente, 44

“Osasuna” – “Real Sosyedad” – 0:0

“Sevilya” – “Atletiko” – 0:1
Falkao, 76

22 aprel
“Selta” – “Saraqosa”
Lopes, 37, Bermexo, 90+2 - Sepunaru, 26