Qardaşı “Simurq”u BEŞbarmaqla yoldu
20.04.2013 - 19:44
Qardaşı “Simurq”u BEŞbarmaqla yoldu
Topaz Premyer Liqasının XXVII turu çərçivəsində bu gün daha bir görüş keçirilib. Apasport.az saytının məlumatına görə, "Şəfa" stadionunda baş tutan oyunda "İnter" Zaqatala təmsilçisi "Simurq"la qarşılaşıb.

Bir-birinə yaxın komandalar olduğundan, meydan sahiblərinin qələbə qazanacağı əvvəlcədən proqnozlaşdırılırdı. Çempionluq üçün mübarizə aparan "İnter"in kiçik qardaşından 3 xalı asanlıqla alacağı bəlli olsa da, 5 top vuracağı gözlənilən deyildi. Hər halda, "bankirlər"in sonuncu dəfə çempionatda 5 cavabsız qol vurduğu oyunu heç özləri də xatırlamırlar.

Bir faktı da xatırlamaq yerinə düşər ki, “Simurq” 2006-cı ildə mübarizə apardığı milli çempionatda “İnter” üzərində yalnız bircə qələbə qazanıb. Bu da komandalar arasındakı son oyunda olub ki, Zaqataladakı həmin matç 1:0 hesabı ilə nəticələnib.


20 aprel
“İnter” – “Simurq” - 5:0
QOLLAR: Yuri Fomenko, 4; 44; Daniel Genov, 32; 64; Ramil Mansurov, 52
Qırmızı vərəqə: Mario Bojiç, 29 (ikinci sarı)
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 0:1

“İnter”: 96. Elşən Poladov (k), 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 9. Daniel Genov
18. İlia Kandelaki, 20. Brüs Abdulaye, 25. İbrahima Niasse, 30. Yuri Fomenko, 77. Ramil Mansurov
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 10. Georgi Adamiya, 28. Baçana Sxadadze, 29. İlqar Ələkbərov, 47. Abdulla Abatsiyev, 87. Cəmil Hacıyev, 91. Leonardo Roşa
Baş məşqçi: Kaxaber Sxadadze

“Simurq”: 22. David Piterzkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 9. Marçin Burxardt, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 20. Rəşad Eyyubov, 25. Mario Bojiç
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 12. Tomislav Buşiç, 21. Murad Səttarlı, 27. Bəxtiyar Soltanov
28. Nenad Kiso
Baş məşqçi: Georgi Çixradze

komandaoqhmtx
1
Neftçi
26
16
3
7
51-27
51
2
İnter
27
14
8
5
35-18
50
3
Qarabağ
26
13
9
4
36-23
48
4
Simurq
27
10
10
7
27-23
40
5
Bakı
26
7
14
5
28-19
35
6
Qəbələ
26
9
7
10
29-32
34
7
AZAL27
11
9
7
43-29
42
8
Rəvan
27
10
4
13
38-41
34
9
Xəzər L
26
8
9
9
37-32
33
10
Sumqayıt
26
7
7
12
25-44
28
11
Turan
27
7
6
14
29-49
27
12
Kəpəz
27
2
4
21
14-55
10

Bombardir: Nikolas Kanales (Neftçi) –21