“Şəfa”dakı şübhəli oyuna gürcü mövqeyi
20.04.2013 - 20:30
Topaz Premyer Liqasının XXVII turunda “İnter” "Şəfa" stadionunda “Simurq” üzərində 5:0 hesablı qələbə qazandı. Apasport.az saytının xəbərinə görə, bu şübhəli qələbə sayəsində ikinci pilləyə yüksələn "bankirlər"in baş məşqçisi Kaxaber Sxadadze görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, rəqibin azlıqda qalması oyunlarına müsbət təsir edib: "Komanda oyuna çox yaxşı köklənmişdi. Erkən qol vurduq. Rəqibin azlıqda qalması bizim oyunumuza müsbət təsir etdi. Sürətli hücumlar təşkil etdik və qolların ardını gətirdik. Qarşıda “Neftçi” ilə çətin oyunumuz var, buna hazırlaşmalıyıq” (pfl.az).
"Simirq"un baş məşqçisi Georgi Çixradze isə biabırçı nəticəyə belə şərh verib: "Oyunda bir komanda var idi – “İnter”. Bir futbolçumuzun meydandan çıxması oyunumuzu pozdu. Oyun haqqında artıq söz deməyə ehtiyac yoxdur”.

0
0