Ufuk Budak yenə “18-liy”ə daxil edilmədi, “Əskişəhərspor” üzüldü
22.04.2013 - 23:18
Türkiyə Superliqasında XXX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor” evində “Trabzonspor”u sınağa çəkib.
Qarşılaşmada qonaqlar minimal hesablı qələbə qazanıb.
Bu görüşdə Ufukun aqibətinin necə olacağı maraqla gözlənilirdi. Çünki bir neçə turdur ki, Budak komandasının əsas heyətinə düşə bilmir. Yığmamızın müdafiəçisi sonuncu dəfə Superliqanın XXV turu çərçivəsində səfərdə “Karabükspor”la (0:0) görüşdə “18-liy”ə daxil edilib. Lakin həmin matçda baş məşqçi Ərsun Yanal ona şans verməyib.
Ufuk bu dəfə də “18-lik”dən kənarda qalıb.
Qeyd edək ki, “Əskişəhərspor” 30 oyundan 39 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində yer alır.

0
0