“Belə taktiki sxemdə ilk dəfə oynayırdım”
22.04.2013 - 16:42
Rusiyanın “Rubin” və Azərbaycan yığmasının futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- Rusiya Premyer Liqasının hesabat turunda səfərdə “Amkar”la oyunda debüt etdiniz. 1:1 hesabı ilə nəticələnən görüşdən sonra özünüzü necə hiss edirsiniz?
- Hər şey qaydasındadır. Sözsüz, müəyyən çətinliklər vardı. Ancaq həyəcan baxımından problem yox idi. Debütümü çoxdan gözləyirdim və yaxşı təsir bağışlamağa çalışdım.
- Oyununuzdan nə dərəcədə razı qaldınız?
- Oyunuma özüm qiymət vermək istəməzdim. Mən baş məşqçinin verdiyi tapşırıqları meydanda yerinə yetirməyə çalışırdım.
- Rusiya mətbuatı soyuqqanlı olduğunuzu, layiqli təsir bağışladığınızı qeyd ediblər...
- Kənardan haqqımda deyilənlərə o qədər də fikir vermirəm. İnanıram ki, bundan da yaxşı təsir bağışlayacağam.
- Debütünüzü qələbə ilə qeyd etmək istəsəniz də, sonda buraxdığınız qolla bunu əldən verdiniz...
- Əlbəttə, “Rubin”də ilk oyunumun qələbə ilə nəticələnməyini istəyirdim. Ancaq biz səfərdə oynayırdıq. Rəqibə də xal lazım idi və ikinci hissədə təzyiqi artırdı. Hər halda, ilk oyunumda uduzmadıq.
- Baş məşqçi Kurban Berdıyev komandanı meydana 3 mərkəz müdafiəçisi ilə çıxarmışdı və sizi sola meylli oynadıb. Bu fərqli taktikada oynamaq sizə çətin deyildi?
- Mən ilk dəfə idi belə taktiki sxemdə oynayırdım. Ancaq buna baxmayaraq, rahat oynayırdım.
- İndiyə kimi həm müdafiənin, həm də yarımmüdafiənin mərkəzində oynamısınız. Gələcəkdə sizi bu mövqelərdə görə biləcəyik?
- Buna baş məşqçi qərar verəcək. Mənim mövqe baxımdan problemim yoxdur. Fikrimcə, başqa mövqelərdə oynaya bilməyim üstünlüyümdür.
- Rusiya Premyer Liqası sizdə hansı təəssürat oyatdı?
- Əlbəttə, burda səviyyə fərqlidir, sürət yüksəkdir. Ancaq uyğunlaşmaqda ciddi problem görmürəm.
- Berdıyev ikinci hissədə müdafiədə buraxılan səhvləri uzun müddət oynamayanların gücünün çatmamağı ilə əlaqələndirib...
- Bu, normaldır. Çünki mən qışda əməliyyat olundum, hazırlığa gec qoşuldum. Komanda ilə birgə təlim-məşq toplanışı keçə bilmədim.
- Baş məşqçi matçdan sonra oyununuzla bağlı sizə nəsə dedi?
- Yox. Berdıyev komanda şəklində söhbətləşdi. “Rubin”də daha böyük planlarım var. İndi əsas məqsədim baş məşqçinin etimadını qazanıb, əsas heyətdə möhkəmlənməkdir. Allahın köməyi ilə burda karyeram uğurlu alınar. İnanıram ki, daha yaxşı oynayaraq, azarkeşlərimizi sevindirəcəyəm.
Mehman SÜLEYMANOV

0
0