Çempionlar Liqası: Almaniya, yoxsa İspaniya?
22.04.2013 - 16:49
Sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin startı veriləcək. Apasport.az saytının məlumatına görə, Münhen və Dortmunda keçiriləcək matçlarda Almaniya – İspaniya qarşıdurmasını izləyəcəyik. Özü də maraqlıdır ki, bir cütdə hazırda ölkə birinciliklərində 1-ci yerdə gedənlər, yəni “Bavariya” ilə “Barselona” üzləşirsə, digərində onların ən yaxın izləyiciləri olan son çempionlar “Borussiya” ilə “Real” münasibətlərini aydınlaşdıracaq.
“Bavariya” ardıcıl 2-ci il finala çıxmaq üçün turniri qazanmağa əsas namizədlərdən olan “Barsa”nı keçməlidir. Rəqibindən fərqli, artıq çempionluğunu rəsmiləşdirən münhenlilər cari mövsümdə güclü təsir bağışladığından, ispanlara heç də asan olmayacaq. Üstəlik, “Barselona” bundan əvvəlki 2 mərhələdə səfərdə qalib gələ bilməyərək, mərhələ keçmək vəzifəsini evdə yerinə yetirib. Zədəsi olduğuna görə son oyunlarda istirahət verilən komandanın argentinalı hücumçusu Lionel Messinin qayıdışı böyük maraqla gözlənilir.
“Borussiya” ötən mövsümün yarımfinalçıları arasında olmayan yeganə komandadır. Dortmundular “Real”la bir qrupa düşdüyündən, onu yaxşı tanıyır. Həmin qrupdan qalib kimi çıxan “Borussiya” madridlilər üzərində evdə qələbə qazanaraq, səfərdə son anda buraxdığı qolla heç-heçə edib. Almanlar evdə güclü azarkeş dəstəyi altında inamlı təsir bağışlamalarını 1/4 finalın “Malaqa” ilə cavab matçının uzatma dəqiqəsində lazım olan 2 qolu vurub 3:2 hesablı qələbə qazanmaqla göstərdi. Ardıcıl 2-ci dəfə İspaniya səddini keçməli olan dortmundluların bu dəfə işi daha çətin olduğundan, Madridə üstün durumda yollanmalıdır.
23 aprel
23:45. “Bavariya” (Almaniya) – “Barselona” (İspaniya)
24 aprel
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Real” (İspaniya)

0
0