Qurban Qurbanov: Onu dəqiq bilirəm ki...
22.04.2013 - 19:00
Həftəsonu keçirilən oyunlarla “altılıq” mərhələsinin I dövrəsinə yekun vuruldu. İlk “altılıq”da arxada qalan 5 tur ərzində ən çox xal toplayan “Qarabağ” oldu. 5 matçdan 4-də qələbə qazanana Ağdam təmsilçisi 12 xal toplayıb. Buna görə də “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovla söhbətləşdik
- “Bakı” ilə oyunda vacib, amma çətin qələbə qazandınız. Qolun sona yaxın vurulması sizi həyəcanlandırmadı?
- Bəli, vacib 3 xal qazandıq. Ancaq oyunun gedişatı düşündüyümüz kimi alınmadı. Planlaşdırılmayan əvəzetmələrə əl atdıq. Bununla belə, uşaqlar sona qədər mübarizə apardılar. Düzdür, uşaqlar bir az əziyyət çəkdilər, amma oyundan qopmadılar. Sonda isə faydasını gördük. Meydandan məqsədimizə nail olaraq ayrıldıq.
- Final mərhələsinin tən yarısı arxada qaldı. Bu müddət ərzində keçirdiyiniz oyunlardan 4-də qələbə qazanıb, yalnız bir dəfə məğlub olmusunuz. Bunun sirrini izah edə bilərsinizmi? Yəni komandanızı oyunlara necə motivasiya edə bilirsiniz?
- Əgər biz medallar uğrunda, daha doğrusu çempion olmaq üçün mübarizə aparırıqsa, bunu hər bir futbolçu dərk etməlidir. Yəni məqsədimiz aydındır. Buna nail olmaq üçün hər bir futbolçu özü-özünü oyunlara kökləməlidir. Ən yüksək nöqtədə olmağı özü istəməlidir. Buna nail olmaq üçün çox çalışmalıdır. Meydanda sona qədər mübarizə aparmalıdır. Futbolçularımız bunu dərk edirlər. Ona görə də çıxışımız uğurlu alınır və ardıcıl qələbələr qazanırıq.
- Son oyunda 2 əsas futbolçunuzu meydana buraxmadınız. Söhbət Maksim Medvedevlə Qara Qarayevdən gedir. Onların yoxluğu nə ilə bağlıdır?
- Qaranın oynamamağı cəzalı olması ilə bağlı idi. Çünki onun passivində 4 sarı vərəqi var. Belədə oyunu buraxırdı. Maksimə gəldikdə, onu oynatmamağım sırf istirahət etməsinə şərait yaratmağımla bağlı idi. Çünki onda yorğunluq yaranmışdı. Qarşıda kubokun yarımfinal mərhələsinin cavab, eləcə də Premyer Liqada ağır oyunlarımız olduğundan Maksimi bu dəfə ehtiyatda saxladıq.
- Yeri gəlmişkən, çempionluqla yanaşı, ölkə kubokunda da mübarizəni davam etdirirsiniz. Hər iki cəbhədə paralel çıxış etmək komandanız üçün çətin deyil?
- Təbii ki, çətinlik yaradır. Lakin digər yandan bunun özü futbolçularda maraq oyatmalıdır. Çünki hər bir yarışın öz yeri var. Razılaşıram, 3 gündən bir oyunlar keçirdiyimizə görə, futbolçularda hardasa yorğunluq yaranır. Ancaq başqa çıxış yolumuz yoxdur. Əksər rəqiblərimiz də bizimlə eyni rejimdə oynayırlar.
- “Qarabağ”ın “Qızıl dubl” etmək şansı nə dərəcədə realdır?
- Kim istəməz ki, hər iki cəbhədə uğur qazansın? “Bakı” üzərində qələbə qazanıb, xallarımızın sayını artırdıq. İndi bizi “Neftçi” ilə kubokun yarımfinalında çətin oyun gözləyir. Qismət olsa, həmin matçda da qələbə qazanıb həlledici oyuna yüksəlmək istəyirik.
- 2 gündən sonra “Neftçi” ilə ölkə kubokunun cavab oyununa çıxacaqsınız. Səfər qarşılaşmasında məğlub olsanız da, qol vura bilmisiniz. Bu oyuna hazırlıq necə gedir?
- Finala gedən yolda hələlik üstünlük “Neftçi”dədir. Çünki onlar ilk oyunda qələbə qazanıblar. Meydana üstün durumda çıxacaqlar. Finala yüksəlmək üçün bizə mütləq qələbə qazanmaq lazımdır. Hesab imkan verir ki, rəqib qapısına 1 qol vurub finala yüksələk. Ancaq “Neftçi” ilə qarşılaşdığımızı unutmaq olmaz. “Neftçi” elə komandadır ki, istənilən anda rəqib qapısına yol tapmağı bacarır. Çətin olacaq. Maksimum dərəcədə futbolçuları oyuna motivasiya etməyə çalışacağıq. İnşallah, qismət olsa, qələbə qazanacağıq. Bunu dəqiq deyə bilərəm ki, futbolçularımız sona qədər mübarizə aparacaqlar.

0
0