“Xəzər Lənkəran”ın matç sonrası bərpa məşqi
22.04.2013 - 20:00
Topaz Premyer Liqasının XXVII turu çərçivəsində “Fırtınalar meydanı”nda “Sumqayıt” ilə keçirilən oyunda 0:0 hesablı heç-heçəyə qalan “Xəzər Lənkəran” bu gün oyun sonrası bərpa məşqini keçirib. Apasport.az saytının məlumatına görə, cənub klubu stadionun yardımçı meydançasında saat 10:30-da məşqə çıxıb.
Bir saat davam edən hazırlıq prosesində yalnız “Sumqayıt”la qarşılaşmada çıxış etməyən futbolçular iştirak ediblər. “Gənclik şəhəri”nin təmsilçisi ilə matçda meydanda mübarizə aparan futbolçular isə istirahət ediblər.
Mənbə: 12cioyuncu.info

0
0