Şamil Qurbanov meydana çıxmadı, komandası uduzdu
22.04.2013 - 21:06
Rusiya I divizionunun XXIX turunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Şamil Qurbanovun komandası “Baltika” səfərdə “Ural”la münasibətlərinə aydınlıq gətirib.
Yekaterinburqda baş tutan oyunda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb.
Yığmamızın müdafiəçisi “18-liy”ə daxil edilsə də, meydana çıxmağa şans əldə etməyib.
Qeyd edək ki, hazırda Qurbanovun komandası 27 oyundan 40 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

0
0