Məmmədovanın komandası ilk görüşdə məğlubiyyətlə üzləşdi
22.04.2013 - 21:34
Rusiya Superliqasının 1/2 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” səfərdə Kazan “Dinamo”su ilə qarşılaşıb.
Görüşdə Tatarıstan təmsilçisi 3:1 (22:25, 25:21, 25:19, 25:22) hesablı qələbə qazanıb.
Qeyd edək ki, sabah yığmamızın hücumçusunun komandası “Dinamo” ilə yenidən qarşılaşacaq.
Görüşdə Tatarıstan təmsilçisi 3:1 (22:25, 25:21, 25:19, 25:22) hesablı qələbə qazanıb.
Qeyd edək ki, sabah yığmamızın hücumçusunun komandası “Dinamo” ilə yenidən qarşılaşacaq.
0
0