Messi ilə bağlı son qərar sabah veriləcək
22.04.2013 - 22:00
Messi ilə bağlı son qərar sabah veriləcək
“Barselona”nın zədəli hücumçusu Lionel Messinin sabah Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə keçiriləcək ilk oyunda meydana çıxması hələ ki müəyyənləşməyib. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçusunun komandasına kömək etməsi yalnız son məşqdən sonra dəqiqləşəcək.

Bu haqda Kataloniya klubunun məşqçisi Xordi Roura Münhen təmsilçisi ilə matç öncəsi iştirak etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: “Messi özünü yaxşı hiss edir. Amma biz baxacağıq, Lionelin vəziyyəti son məşqdə necə olacaq. Sabah onun oynayıb-oynamayacağı ilə bağlı dəqiq qərar verəcəyik”.

Qeyd edək ki, “Bavariya” və “Barselona” arasında ilk matç aprelin 23-də, “Alyans Arena”da, cavab görüşü isə mayın 1-də “Nou Kamp”da baş tutacaq.