Yupp Haynkes: Qvardioladan kömək istəməmişəm
22.04.2013 - 22:25
Yupp Haynkes: Qvardioladan kömək istəməmişəm
“Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə baş tutacaq ilk oyun öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis komandasının cari mövsümdə uğurlu çıxışını dəyərləndirib.

Haynkes bir daha vurğulayıb ki, Kataloniya təmsilçisinin sabiq çalışdırıcısı və növbəti mövsümdən etibarən “Bavariya”nın “sükanı arxası”na keçəcək olan Xosep Qvardiolanın məsləhətlərinə ehtiyac duymayıb: “Son illər “Barselona” Avropada üstün oyun nümayiş etdirir. Onlarda öz xüsusi futbol fəlsəfəsi var və bu da komandanı unikal edir. Mən Xosep Qvardiolaya hörmət edirəm. Onunla məni, çox illik əlaqələr bağlayır. Lakin mən Pepdən heç bir kömək istəməmişəm. Bir halda ki, “Barselona” ilə əla tanışam və həmçinin də İspaniya futboluyla”.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Haynkesin Qvardioladan “Barselona” ilə bağlı məsləhət alacağı gündəmə gəlmişdi.