“Rabitə”ni məğlub edən komanda ölkə çempionu oldu
23.04.2013 - 00:10
“Rabitə”ni məğlub edən komanda ölkə çempionu oldu
Türkiyənin “Vakıfbank” klubu ölkə çempionatında tarix yazıb. Apasport.az saytının məlumatına görə, bu mövsüm Çempionlar Liqasının finalında “Rabitə”ni məğlub edən komanda həlledici mərhələlərdə “Əczaçıbaşı”nı 1:3 (22:25, 23:25, 25:19, 20:25) hesabı ilə üstələyərək, 7-ci dəfə ölkə çempion olub.

Həmçinin “Vakıfbank” Türkiyədə yeni rekord da müəyyənləşdirib. Belə ki, onlar meydana çıxdığı 47 oyunun hamısını qələbə ilə başa vurmağı bacarıb.