“Bavariya” meydanda üstünlüyü ələ alacaq”
23.04.2013 - 03:01
“Barselona”nın məşqçisi Xordi Roura Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə reallaşacaq ilk oyun öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun baş məşqçisi Tito Vilanovanın köməkçisi Münhen təmsilçisinin meydanda üstünlüyü ələ alacağını vurğulayıb.
O, çətin görüşdə hər şeyə diktə etməyə çalışacaqlarını bildirib: “Bizi çox mürəkkəb matçlar gözləyir. Nəticə ən xırda detalları müəyyən edəcək. Biz imkanlar çərçivəsində oynamağa çalışacağıq. Oyun çox sürətli və intensiv olacaq. Rəqib öz futbolunu oynayacaq və meydanda üstünlüyü ələ alacaq. Əlbəttə, biz ritmi, sürəti və intensivliyi diktə etməyə çalışacağıq.
Anlayırıq ki, görüş necə ağır olacaq. Çünki “Bavariya” güclü komandadır”.
Qeyd edək ki, “Bavariya” və “Barselona” arasında ilk matç bu gün “Alyans Arena”da, cavab görüşü isə mayın 1-də “Nou Kamp”da baş tutacaq.

0
0