Mario Qötse “Bavariya”ya keçdi
23.04.2013 - 04:36
Almaniya Bundesliqasının qalibi və ölkə kubokunun finalına keçən “Bavariya” heyətini daha da gücləndirib. Apasport.az saytının məlumatına görə, Münhen klubu Dortmund “Borussiya”sının gənc yarımmüdafiəçisi Mario Qötse ilə uzunmüddətli müqavilə imzalayıb.
Almaniya mətbuatının məlumatına görə, 20 yaşlı futbolçunun transferinin dəyəri təxminən 37 milyon avro təşkil edir. Qötse isə yeni komandasında illik 7 milyon avro maaş alacaq. Lakin o, hazırda “Borussiya”da bu məbləğdən 2 milyon avro az məvacib alır.
Qeyd edək ki, Mario cari mövsümdə 41 görüşdə forma geyinib və 16 qola imza atıb.

0
0