Ferqyusson çempionluqdan danışdı
23.04.2013 - 05:18
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusson İngiltərə Premyer Liqasının XXXIV turu çərçivəsində “Old Trafford”da “Aston Villa”nı 3:0 hesabı ilə məğlub edib, sona 4 tur qalmış çempionluğunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 71 yaşlı mütəxəssis buna layiq olduqlarını bildirib.
Şotlandiyalı çalışdırıcı futbolçularına, texniki heyətə və azarkeşlərinə çox təşəkkür etdiyini vurğulayıb: “Ötən mövsüm çempionluğu dramatik bir şəkildə “Mançester Siti”yə verdik və sonra ruhdan düşmədik. Futbolçularıma, texniki heyətə və azarkeşlərimizə çox təşəkkür edirəm. Buna layiq olduq. Mən son 20 il boyunca komandamın uğurlu çıxışını da qiymətləndirmək istəyərdim”.
Qeyd edək ki, 1986-cı ildən bu yana “Mançester Yunayted”i çalışdıran Ferqyusson 13 dəfə Premyer Liqanın qalibi olub.

0
0