“Üzərimdə qəribə bir xoşbəxtlik var”
23.04.2013 - 05:54
“Mançester Yunayted”in hücumçusu Robin van Persi İngiltərə Premyer Liqasının XXXIV turu çərçivəsində “Aston Villa”nı (3:0) üstələyib, sona 4 tur qalmış komandasının çempionluğunu şərh edib. Apasport.az saytının məlumatına görə, hollandiyalı futbolçu karyerasında qazandığı ilk titul üçün xoşbəxt olduğunu bildirib.
O, bu çempionluğu uzun müddətdir ki, gözlədiyini ifadə edib: “Bu an üzərimdə qəribə bir xoşbəxtlik var. Uzun müddətdir bu çempionluğu gözləyirdim. Həmçinin karyeramda qazandığım birinci tituldur və bunu çox yaxşı hiss edirəm. İlk dəqiqədən son dəqiqəyə qədər bütün yoldaşlarımla oyunu qazanmaq istədik. Fantastik bir matç oynadıq. Kimin isə qol vurduğu əhəmiyyətli deyil”.
Qeyd edək ki, karyerasında ilk dəfə ölkə çempionluğu yaşayan Van Persi “Aston Villa” ilə görüşdə het-trik edib.

0
0