“Qalatasaray” çempion olsa...
23.04.2013 - 06:24
“Qalatasaray” çempion olsa...
Türkiyə Superliqasında son 6 mövsümdə hansısa komanda ardıcıl iki dəfə çempion olmayıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” buna daha çox yaxındır.

Belə ki, “Cim-Bom” çempionatın başa çatmasına 4 tur qalmış əzəli rəqibi “Fənərbaxça”nı 7 xal qabaqlayır. Əgər “aslanlar” bu il çempion olacaqları təqdirdə, son 6 mövsümdə ard-arda qızıl medallara sahib olan tək komanda ünvanına sahib çıxacaq.

Sonuncu dəfə “sarı bülbüllər” 2003-2004 və 2004-2005 mövsümündə ard-arda çempionluğunu bayram ediblər. Daha sonra isə “Qalatasaray” (2005-2006), “Fənərbaxça” (2006-2007), “Qalatasaray” (2007-2008), “Beşiktaş” (2008-2009), “Bursaspor” (2009-2010), “Fənərbaxça” (2010-2011) və “Qalatasaray” (2011-2012) hər il bir dəfə zəfər qazanıb.

Həmçinin “Qalatasaray” 1959-cu ildən bu yana keçirilən ölkə birinciliyində 19-cu dəfə çempion olaraq, ən çox qızıl medal qazanan komanda ünvanına yiyələnəcək.