Berti Foqts: O, elə yaxşı insandır ki...
23.04.2013 - 08:30
Berti Foqts: O, elə yaxşı insandır ki...
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts vətəni Almaniya futbolunda baş verən hadisələrə biganə qala bilmir. Apasport.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis ölkəsinin ən titullu klubu “Bavariya” ətrafında yaşananlara münasibət bildirib.

Foqts vergidən yayınmaqda ittiham olunan Münhen təmsilçisinin və onun rəhbərliyinin müdafiəsinə qalxıb. O, “Bavariya”nın prezidenti Uli Hönessə dəstək verib: “Mən həmişə Hönessin tərəfində olacam. O, elə yaxşı insandır ki... Həmişə də başqaları üçün çalışıb. Bundan başqa heç bir şərh verməyəcəm”.

Qeyd edək ki, Foqtsla Höness Almaniya yığmasında birlikdə çıxış etdikləri vaxt 1972-ci ildə Avropa, 1974-cü ildə dünya çempionu adını qazanıblar.