“Bavariya” finalda!
24.04.2013 - 00:34
Çempionlar Liqasında ilk yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci Almaniya – İspaniya qarşıdurması da meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib.
Özü də maraqlıdır ki, “Bavariya” kimi “Borussiya” da İspaniya nəhənginə 4 qol vurmağa müvəffəq olub. Sadəcə, “Real”ın “Barselona”dan fərqli 1 qol vurmağı onun şansını saxlayır. Yəni “Barsa”ya cavab matçında oyunu əlavə vaxta keçirmək üçün 4:0 hesablı qələbə qazanmaq lazımdırsa, “Real” rəqibini 3:0 hesabı ilə məğlub etməklə mərhələ adlamış olacaq.
“Borussiya” – “Real” oyununu 1 futbolçunun şousu adlandırmaq olar. Belə ki, Dortmund klubunun polşalı hücumçusu Robert Levandovski poker edərək, matçın qəhrəmanı oldu. Bununla da o, “Uembli” stadionunda Almaniya finalının olacağına böyük şans yaratdı. “Bavariya” ardıcıl 2-ci finala çıxacaqsa, “Borussiya” sonuncu dəfə 1997-ci ildə turnirin qalibi olandan sonra bu qədər irəliləməyib.
23 aprel
“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) - 4:0
Qol: Müller, 25; 82, Qomes, 49, Robben, 73
24 aprel
“Borussiya” (Dortmund, Almaniya) – “Real” (İspaniya) - 4:1
QOLLAR: Levandovski, 8; 50; 55; 67 - Ronaldo, 43

0
0