Topaz Premyer Liqası: Ən yaxşı qapıçı kimdir?
23.04.2013 - 09:23
Topaz Premyer Liqası: Ən yaxşı qapıçı kimdir?
Topaz Premyer Liqasının arxada qalan 27 turundan sonra ən çox “quru oyun” keçirən qapıçıların siyahısına 3 legioner başçılıq edir. Apasport.az saytının məlumatına görə, polşalı David Pietrzkieviç (“Simurq”), makedoniyalı Edin Nuredinoski (“Bakı”) və gürcüstanlı Georgi Lomaya (“İnter”) hərəyə 11 dəfə meydanı qol buraxmadan tərk edib.

Yerli qapıçılar arasında ən yaxşı nəticəyə malik Fərhad Vəliyev isə 8 “quru oyun”la ümumi siyahıda dördüncüdür. Ən azı 5 belə matç keçirən 10 qapıçıdan 6-sı legioner, 4-ü azərbaycanlıdır. İlk “onluq”da “Qarabağ” 2 qapıçı ilə təmsil olunub.

David Pietrzkieviç
Simurq
11
Edin Nuredinoski
Bakı
11
Georgi Lomaya
İnter
11
Fərhad Vəliyev
Qarabağ
8
Orxan Sadıqlı
Xəzər Lənkəran
7
Saşa Stamenkoviç
Neftçi
7
Cahangir Həsənzadə
AZAL
6
Lukaş Sapela 
Rəvan
6
Səlahət Ağayev
Sumqayıt
6
Miro Varvodiç
Qarabağ
5