Millimizin futbolçuları kinoya baxdılar - FOTO
23.04.2013 - 12:00
Millimizin futbolçuları kinoya baxdılar - FOTO
15 yaşadək futbolçulardan ibarət yığmamız Park Bulvar Alış-Veriş Mərkəzindəki kinoteatrda (Park Cinema) Rusiya kinomatoqrafçılarının istehsalı olan "Əfsanə № 17" bədii filminə baxıb. Apasport.az saytının məlumatına görə, film əfsanəvi sovet xokkeyçisi Valeri Xarlamovun həyatı, idmançı karyerası, ağır məşqlərə böyük iradə hesabına davam gətirməsi, milli komandanın uğurları üçün əzmkarlıqla mübarizə aparmasından bəhs edir.

Qeyd edək ki, Təbriz Həsənovun yetirmələrinə film biletləri Park Cinema tərəfindən təqdim olunub.