“Qarabağ” rəhbərliyi futbolçuların hüququnu pozur!
23.04.2013 - 12:02
“Qarabağ” rəhbərliyi futbolçuların hüququnu pozur!
“Qarabağ”da futbolçulara mətbuatla ünsiyyətə qadağa qoyulub. Apasport.az saytının məlumatına görə, “Neftçi” ilə kubok oyunundan sonra birbaşa baş məşqçi Qurban Qurbanovun göstərişi ilə futbolçuların danışmaq hüququ əlindən alınıb.

Yalnız 3 futbolçuya – komandanın kapitanı Rəşad Sadıqov, qapıçı Fərhad Vəliyev və albaniyalı müdafiəçi Admir Teliyə belə qadağa qoyulmayıb. Onlar mətbuatda növbəti oyunlarla bağlı fikirlərini söyləməkdə sərbəstdir.