Qurban Qurbanovdan qıcıq bəhanəsi
23.04.2013 - 12:11
“Komandadan yalnız Rəşad Sadıqov, Fərhad Vəliyev və Admir Teliyə danışmağa icazə vermişəm. Qalan futbolçuların mətbuatda açıqlama və ya müsahibə verməsinə isə qadağa qoyulub”. Bunu apasport.az saytına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
“Qarabağ”ın çalışdırıcısı bunu belə əlaqələndirib: “İstəmirəm ki, futbolçular fikirlərini başqa istiqamətə yönəltsin. Başlarını salıb oyunlarına fikir versinlər. Sıx qrafikdə çıxış edirik. Futbolçuların müsahibələr zamanı artıq sözlər işlətməsi rəqibi qıcıqlandırır. Bu üzdən onların mətbuatda açıqlama verməsini istəmirəm”.
Qeyd edək ki, bu qadağa “Neftçi” ilə kubok matçından (1:2) sonra verilib.

0
0