“Qarabağ” 3 futbolçu arasında seçim edəcək
23.04.2013 - 12:47
“Admir Teli və Ansi Aqollinin yerini dolduracaq futbolçularımız var”. Bunu apasport.az saytına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Albaniyalı müdafiəçilərin “Bakı” ilə oyunda sıradan çıxması “Qarabağ”ın işini “Neftçi” ilə sabahkı kubok oyunu öncəsi çətinə salıb. Ancaq Qurbanovun sözünə görə, həmin mövqelərdə onları layiqli əvəzləyə biləcək futbolçuları var: “Bizdə müdafiənin mərkəzində oynaya biləcək Bədavi Hüseynov, sol cinahda çıxış etmək bacarığı olan İlqar Qurbanov var. Onları həmin mövqelərdə oynada bilərəm. Həmçinin gənc Eltun Yaqublu da müdafiədə çıxış edir. O da bizə “Neftçi” ilə matçda kömək edə bilər. Düşünürəm ki, oyun gününə kimi həmin oyunçular arasından seçimimi edəcəm”.
Səbuhi TOFİQOĞLU

0
0