“Xəzər Lənkəran” Adrian Piti itirdi
23.04.2013 - 12:54
“Xəzər Lənkəran” Adrian Piti itirdi
Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bakı” nı qəbul edəcək “Xəzər Lənkəran” oyuna hazırlıqlarını tamamlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda qarşılaşma ərəfəsindəki son məşqə tam heyətlə çıxa bilməyib.

Belə ki, cənubluların 3 futbolçusu zədədən əziyyət çəkir. Bunlar Dimitrios Sialmas, Alvaro Silva və Adrian Pitdir. Onların “Bakı” ilə görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır.