“Qarabağ” - “Neftçi” oyunu yenə Anar Salmanova tapşırılsa...
23.04.2013 - 13:54
“Mən 1 həftədir şəxsi işlərlə əlaqədar Türkiyədəyəm. “Neftçi” ilə kubok matçını idarə etmiş Anar Salmanovla bağlı hansısa qərarın çıxarılmasından məlumatım yoxdur. Qayıdandan sonra məsələ ilə maraqlanacağam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Ağdam təmsilçisi Azərbaycan kubokunun “Neftçi” ilə ilk yarımfinal oyununu idarə edən FİFA hakimi Anar Salmanovun səhvinin əziyyətini çəkdilər. Belə ki, 33 yaşlı FİFA referisinin qonaqların qapısına təyin etdiyi şübhəli penalti “Neftçi”nin hesabı bərabərləşdirməyi ilə nəticələndi. Bundan sonra daha 1 top buraxan “Qarabağ” 1:2 hesabı ilə uduzdu.
Maraqlıdır, Salmanov komandaların sabahkı kubok matçına da təyinat alarsa, “Qarabağ” hansı addımı atacaq? Çəlikəl bunu belə cavablandırdı: “İnanmıram ki, Salmanova “Neftçi” ilə cavab oyununu da idarə etmək tapşırılsın. Hər halda, hakim təyinatları AFFA-nın işidir. Fikrimcə, bu dəfə təmiz hakimlik olacaq”.
Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi çıxardığı qərarda Salmanovun idarəçiliyi baxmaqla bağlı Hakimlər Komitəsinə göstəriş verib.

0
0