Luis Araqona “Qəbələ”nin sabiq müdafiəçisi kömək edəcək
23.04.2013 - 14:17
Luis Araqona “Qəbələ”nin sabiq müdafiəçisi kömək edəcək
“Luis Araqonun daha bir köməkçisi müəyyənləşib”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

Ramiz Məmmədovun “Qəbələ”dən ayrılmasından sonra onun özü ilə gətirdiyi köməkçiləri – Mehman Baxışov, Kənan Kərimov və Badri Kvaratsxeliya da komandanı tərk etdi. Məmmədovun köməkçilərindən yalnız Sənan Qurbanov və Vüqar Məmmədov komandada qaldı. Hər 2 şəxslə işləməyə razılıq verən Luis Araqonun ixtiyarına indi daha bir məşqçi verilib.

Əzizovun sözlərinə görə, yeni məşqçi mövsümün sonunadək komandada Araqona köməklik edəcək: “U-16 komandamızın məşqçisi Azər Bağırovu Araqona köməkçi təyin etmişik. O mövsümün sonunadək əsas komandanın məşqçisi olacaq”.

Qeyd edək ki, Azər Bağırov Ramiz Məmmədovun “Qəbələ”nin ilk çalışdırdığı dönəmdə komandada futbolçu karyerası yaşayıb. O, müdafiənin sol cinahında çıxış edirdi.