Beşi paytaxtda, biri Qəbələdə
23.04.2013 - 14:56
Beşi paytaxtda, biri Qəbələdə
Topaz Premyer Liqasının XXVIII turunun oyunlarının başlama vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 5 oyunu paytaxtda keçiriləcək tur 3 müxtəlif vaxtda baş tutacaq. Aprelin 27-dəki 2 oyun eyni saatda başlayacaq. Ertəsi gün isə 4 oyun 2 müxtəlif vaxtda start götürəcək.

27 aprel (şənbə)

17:00. “Kəpəz” – “Sumqayıt”
“Dalğa Arena” stadionu

17:00. “Rəvan” – “Turan”
“Bayıl Arena” stadionu

28 aprel (bazar)

16:00. “Bakı” – “Simurq”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

16:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

18:00. “Neftçi” – “İnter”
“Bakcell Arena” stadionu

18:00. AZAL – “Xəzər Lənkəran”
“AZAL Arena” stadionu

Mənbə: pfl.az