“Hannover 96” Əli Gökdəmirlə müqaviləni uzatdı
23.04.2013 - 15:55
“Hannover 96” Əli Gökdəmirlə müqaviləni uzatdı
Milli komandamızın müdafiəçisi Əli Gökdəmir müqavilə ilə məxsus olduğu “Hannover 96” ilə yeni anlaşma bağlayıb. Apasport.az saytının məlumatına görə, Gökdəmir Bundesliqa klubu ilə yayda başa çatan müqaviləsini uzadıb.

Ondan başqa, komandanın ehtiyat qapıçısı Markus Miller və polşalı hücumçu Artur Sobexlə də yeni müqavilə bağlanılıb. Ancaq məlumatı verən Almaniyanın “Offline – kicker Sportmagazin” jurnalı anlaşmanın müddətini qeyd etməyib.

Qeyd edək ki, Gökdəmir artıq “Hannover 96”nın əsas komandasının üzvü sayılsa da, zədəli olduğundan kənarda qalıb.