Şevçenko Bakıya gələsi olmadı
23.04.2013 - 16:18
Azərbaycanlı veteranlarla mayın 1-də Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yoldaşlıq görüşünə çıxacaq Avropa yığmasının heyətində bir neçə dəyişiklik baş verib. Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov apasport.az saytına açıqlamasında rəqibin 3 futbolçusunun gələ bilməyəcəyini bildirib.
Onun sözlərinə görə, dəvət göndərdiklərindən Rusiyadan Dmitri Kuznetsovla Vitali Şevçenkonun, Ukraynadan İqor Belanovun zədəli olmağı oynamalarına imkan vermir: “Uzun illər “Neftçi”nin şərəfini qorumuş həmyerlimiz Şevçenkonun gəlməyini istəyirdik. Ancaq onunla son söhbətimizdə zədələndiyini öyrəndik. Bildiyiniz kimi, Rusiyadan, Ukraynadan olan veteranlar müxtəlif oyunlarda iştirak edirlər. Kuznetsov isə burnu sındığından kənarda qalıb. Belanovun son günlərdə ayağı gipsdə xəstəxanada olduğu haqda məlumat vermişdik. O, bizə dedi ki, Bakıya gəlsəm də, meydana çıxa bilməyəcəyəm. Biz isə həmin matçda oynaya bilənləri dəvət edirik”.
Qeyd edək ki, oyun saat 20:00-da “Bayıl Arena”da keçiriləcək.
Mehman SÜLEYMANOV

0
0