“Qaradağ Lökbatan” necə “Qaraçala” oldu?
23.04.2013 - 17:01
Azərbaycan çempionatının I divizionda mübarizə aparan “Qaradağ Lökbatan” Topaz Premyer Liqasının bir addımlığında olduğu vaxt güclülər dəstəsində oynamaq hüququndan məhrum olmuşdu. Belə ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə aşağı dəstədən hansısa klubun yüksək liqaya çıxması mümkünsüzə çevrilmişdi. Apasport.az saytının məlumatına görə, “Qaradağ Lökbatan” Premyer Liqaya vəsiqənin əvəzinə avrokuboklara çıxmaq hüququna yiyələnib.
Həvəskar komandalar arasında avrokubok sayılan UEFA Regionlar kubokunda ölkəmizi təmsil etmək I divizionun liderlərindən birinə tapşırılıb. Onsuz da həvəskar liqası səviyyəsində olan 1-ci liqamızın iddialısı da dünən Litva klubu “Lietava”nı 3:0 hesabı ilə məğlub edib. Amma “Qaraçala” adı ilə.
Ölkəmizi yarışda təmsil edən, ilk turda meydan sahiblərinin qapısından 3 top keçirən “Qaraçala” elə “Qaradağ Lökbatan”ın özüdür. Sən demə, bu klubun I diviziondakı oyunlarının təxirə salınması da onların avrokubok həyəcanı ilə bağlıdır.
Heç kim iddia edə bilməz ki, “Qaraçala” “Qaradağ Lökbatan” deyil. Baş məşqçi Adil Mahmudov – hər 2 komandanın çalışdırıcısıdır. Rəqib qapısına vurulan qolların müəlliflərindən ikisi – Timur Dadaşov və Novruz Ələkbərov da “Qaradağ Lökbatan”ın üzvləridir. Qapıçı Elçin Cəfərovu da hamımız yaxşı tanıyırıq.
İlk matçda meydana çıxanlardan Ramil Əliyev, Vüsal İsmayılov, Natiq Əkbərov, Rüfət Məmmədov, Mehdi Mehdiyev, Zahir Ağabalayev də Mahmudovun I diviziondakı yetirmələridir. “Qala”dan Samir Quliyevi köməyə çağıran mütəxəssis aşağı liqa klublarından yaxşı tanınan Rafiq Köçalıyev, Anar Həsənov, Xətai Bağırov, qollardan birinin müəllifi Zaur Əliyevi də heyətə qatıb.
Elə meydana çıxmayanlar Ramil Nuriyev və Ruslan Hüseynov da aşağı dəstə futbolçuları kimi bəzi klublarda top qovublar. Amma komandanın özəyi elə “Qaradağ Lökbatan”dır. Çünki meydana çıxan 14 oyunçudan 9-u bu klubun üzvüdür.

0
0