Berti Foqts baxdı, yığmamız uduzdu
23.04.2013 - 19:39
Berti Foqts baxdı, yığmamız uduzdu
Bu gün Bayıl stadionunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma 2:0 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb.

Görüşü Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyib.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun aprelin 25-də, saat 16:00-da, Bayıl stadionunda keçiriləcək.