“Atletiko”nun ulduzları Azərbaycana toplaşır
23.04.2013 - 20:05
“Atletiko”nun ulduzları Azərbaycana toplaşır
Dünyaca məşhur Madrid “Atletiko”sunun üzvləri 28 aprel 2013-cü ildən etibarən şəhərimizin qonaqları olacaqlar. Apasport.az saytının məlumatına görə, İspaniyanın ən sevilən klubunun nümayəndələri 3 gün ərzində paytaxtımızda baş tutacaq müxtəlif yönlü tədbirlərə qatılacağı gözlənilir.

Bu barədə mətbuat və futbol ictimaiyyəti üçün açıqlama veriləcək.

30 aprel 2013-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda “Atletiko” və “Azərbaycan Ulduzları” (All Star of Azerbaijan) komandaları üz-üzə gələcəklər. Bu möhtəşəm futbol bayramını izləmək niyyətində olan azarkeşlər 25 aprel tarixində etibarən oyun biletləri əldə edə biləcəklər.