“Barselona” “İnter”in qapıçısını istəyir
23.04.2013 - 21:10
“Barselona” “İnter”in qapıçısını istəyir
“Barselona”nın qapıçısı Viktor Valdesin müqaviləsi başa çatandan sonra komandadan ayrılacağını bildirməsi, Kataloniya təmsilçisini indidən hərəkətə gətirib. Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin rəhbərliyi təcrübəli qolkiperi layiqli əvəzləyici kimi, “İnter”in çərçivəsini qoruyan Samir Handanoviçi görürlər.

“Barselona” 28 yaşlı sloveniyalı qapıçı üçün Milan klubuna 30 milyon avro ödəməyə hazırdır. Lakin Valdes komandadan getmək fikrindən daşınarsa, kataloniyalılar Handanoviçi transfer etməyəcəklər. Bir sözlə, Samirin “Barselona”ya keçməsi, Viktorun qərarından asılı olacaq.

Qeyd edək ki, Handanoviç İtaliya A seriyasının cari mövsümündə 30 matçda iştirak edib və qapısından 41 top buraxıb.