Məmmədovanın komandası yenə məyus oldu
23.04.2013 - 21:54
Məmmədovanın komandası yenə məyus oldu
Rusiya Superliqasının 1/2 final mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın komandası “Omiçka” səfərdə Kazan “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirib.

İkincin görüşdə Tatarıstan təmsilçisi yenə rəqibini məğlub edib. Omsk klubu ötən gün 3:1, bu dəfə isə 3:0 (25:20, 25:21, 25:18) hesabı ilə uduzub.

Qeyd edək ki, yığmamızın hücumçusunun komandası “Dinamo” ilə 3-cü görüşünü aprelin 27-də keçirəcək.