Münhenlilər 8 oyunda hesabı açıb, qələbə qazanıb
24.04.2013 - 00:53
Münhenlilər 8 oyunda hesabı açıb, qələbə qazanıb
“Bavariya” bu mövsüm Çempionlarının Liqasında 11 matçın 8-də hesabı açıb. Apasport.az saytının məlumatına görə, əvvəl baş tutan 7 görüşdə isə Münhen klubu rəqibi üzərində qalib gəlib - 20:4.

Almaniya təmsilçisinin bu seriyası ötən ilki “Çelsi” ilə final matçından sonra başlayıb. Həmin qarşılaşmanın 83-cü dəqiqəsində də həmçinin hesabı Tomas Müller açmışdır. Lakin “Bavariya” penaltilər seriyasında ingilislərə 4:3 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, “Bavariya” “Alyans Arena”da “Barselon”ı 4:0 hesabı ilə məğlub edib. Görüşün 25-ci dəqiqəsində Müller Almaniya təmsilçisinin ilk qolunu vurub. Tomas 82-ci dəqiqədə qonaqları daha bir dəfə cəzalandırıb. Digər topları isə Mario Qomes ilə Aryen Robben rəqibin qapısından keçirib.