Tomas Müller fərqlənir, “Bavariya” sevinir
24.04.2013 - 02:20
Tomas Müller fərqlənir, “Bavariya” sevinir
Çempionlar Liqasının ilk yarımfinal oyun günüdə “Barselona” ilə matçda dubl edən “Bavariya”nın futbolçusu Tomas Müller bu mövsüm qollarının sayını 7-yə çıxarıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin ilk vurğu top isə münhenlilər üçün əlamətdar olub.

Belə ki, Müller bu mövsüm Avropanın ən titullu klub turnirinin 3 görüşündə “Bavariya”nın ilk qolunu vurub və komandası qələbə qazanıb. O, qrup mərhələsində “Lill” (1:0) və BATE (4:1), 1/8 finalda “Arsenal”la (3:1) qarşılaşmalarda Münhen təmsilçisini sevindirib.